Nigeriya ilə telefon danışığı: Azərbaycanın yeni hədəfləri

Nigeriya ilə telefon danışığı: Azərbaycanın yeni hədəfləri
05.10.2026 21:46 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, habelə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini qeyd edib. Bu çərçivədə, Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər