ABŞ İrana qarşı yeni mərhələyə keçir: “Dayanmayacağıq!”

ABŞ İrana qarşı yeni mərhələyə keçir: “Dayanmayacağıq!”
05.10.2026 23:45 Dünya

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın iqtisadi təzyiq altında saxlanmasına yönəlmiş “İqtisadi pariya” əməliyyatının davam etdiriləcəyini açıqlayıb.

TodayPress TV-nin xarici mediaya istinadla verdiyi məlumata görə, Bessent bildirib ki, əməliyyat artıq nəticələr verir. Onun sözlərinə görə, İran rialı rekord həddə ucuzlaşıb, ötən ay İran tankerlərə xam neft yükləməyib.

ABŞ rəsmisi həmçinin İranın yüksək rütbəli təhlükəsizlik nümayəndələrindən birinin ölkənin tarixinin ən ağır dövrlərindən birini yaşadığını etiraf etdiyini bildirib.

Bessentin sözlərinə görə, İran hakimiyyəti terrorçuluğa dəstək üçün resurslar ayırmaqla yanaşı, ölkə əhalisinin çətinlik çəkməsinə imkan verir.

ABŞ maliyyə naziri vurğulayıb ki, “İqtisadi pariya” əməliyyatı İran hakimiyyəti terrorçuluğun maliyyələşdirilməsinə və nüvə silahının hazırlanmasına imkan verməyəcəyini anlayana qədər davam edəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər