Ankaradan qalxan təyyarədə bomba həyəcanı – Sərnişinlər təxliyə edildi

Ankaradan qalxan təyyarədə bomba həyəcanı – Sərnişinlər təxliyə edildi
05.10.2026 23:17 Dünya

Ankaradan Şanlıurfaya uçan AJet aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olduğu barədə qeyd aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bundan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.

Təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına təhlükəsiz şəkildə enib.

Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, təyyarədə 136 sərnişin və 7 ekipaj üzvü olub.

Onun sözlərinə görə, sərnişinlərin təhlükəsiz şəkildə təxliyəsindən sonra təhlükəsizlik qüvvələri tərəfindən təyyarədə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarış aparılacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər