Diplomatlar hədəfdə: Britaniya İsrailə qarşı addım atır

Diplomatlar hədəfdə: Britaniya İsrailə qarşı addım atır
05.10.2026 21:30 Dünya

Britaniya İsrail diplomatlarının ölkədən çıxarılacağı ilə bağlı xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə “i24NEWS” məlumat yayıb.

Məlumata görə, Britaniya rəsmiləri İsrailə xəbərdarlıq ediblər ki, Şərqi Qüdsdəki Britaniya konsulluğu bağlanacağı və britaniyalı diplomatlar ölkədən çıxarılacağı təqdirdə, London 27 israilli diplomat və onların ailə üzvlərini ölkədən çıxaracaq.

İsrailin xarici işlər naziri Gideon Saarın göstərişinə əsasən, konsulluğun oktyabrın 8-də bağlanması planlaşdırılır.

Bu qərarın Britaniyanın İordan çayının qərb sahili ilə bağlı tətbiq etdiyi sanksiyalara cavab olaraq verildiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər