“Aramco” terminalına zərbə: Yanğın başladı
Yəmənin Ənsərullah hərəkatının Səudiyyə Ərəbistanındakı “Saudi Aramco” obyektinə zərbə endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, hücum “Aramco”nun Yanbu sənaye limanında yerləşən Şimal Terminalını hədəf alıb. Zərbə nəticəsində terminalın ərazisində yanğın baş verdiyi və yükləmə əməliyyatlarının müvəqqəti dayandırıldığı qeyd olunur.
Kübra Musayeva