Yəməndə gecə əməliyyatı: Anbarlar vuruldu
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Hudeyda əyalətində hərbi əməliyyat keçirib.
TodayPress TV xəbər verir ki, koalisiyanın dəniz qüvvələri əməliyyat zamanı silah anbarlarını, partlayıcı qayıqların saxlanıldığı məntəqələri və dəniz minalarını məhv edib.
Bildirilib ki, əməliyyat Qırmızı dənizin cənubundakı dəniz yollarına qarşı planlaşdırılan hücumun qarşısını almaq məqsədi daşıyıb.
Kübra Musayeva