TƏCİLİ: Ankara reysində həyəcan - Sərnişinlər yoxlanılır

TƏCİLİ: Ankara reysində həyəcan - Sərnişinlər yoxlanılır
06.10.2026 01:54 Dünya

Ankara–Şanlıurfa reysinin sərnişinləri təyyarədə partlayıcı maddə ilə bağlı qeyd aşkarlandıqdan sonra terminalın ayrı zonasına aparılıb.

TodayPress TV xəbər verir ki, “HavaSosialMedya” portalının məlumatına görə, təhlükəsizlik əməkdaşları sərnişinlərdən əl yazısı nümunələri götürərək onları təyyarədə tapılan qeyddəki yazı ilə müqayisə edir.

Hazırda təyyarənin göyərtəsində təhlükəsizlik əməkdaşları tərəfindən yoxlama davam etdirilir. Təyyarə uçuş-enmə zolağında qaldığı üçün, hava limanında taksi yolunun olmaması səbəbindən digər təyyarələr də gözləməli olublar.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər