Türkiyə nümayəndə heyəti İRƏVANDA - SƏBƏB

Türkiyə nümayəndə heyəti İRƏVANDA - SƏBƏB
05.10.2026 22:29 Dünya

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Ermənistan-Türkiyə normallaşma prosesi çərçivəsində Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası və işə salınması istiqamətində görülən işlər müzakirə olunub.

Tərəflər Ermənistan və Türkiyənin enerji sistemlərinin həm ikitərəfli, həm də regional əməkdaşlıq çərçivəsində birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Türkiyədən gələn nümayəndə heyəti həmçinin Ermənistanın Elektroenergetika Sistemi Operatoru və “Yüksəkgərginlikli Elektrik Şəbəkələri” şirkətlərinin rəhbərliyi ilə görüşüb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər