İsrail İrana yeni zərbə planı hazırlayır – DETALLAR

İsrail İrana yeni zərbə planı hazırlayır – DETALLAR
05.10.2026 23:07 Dünya

İsrail İrana qarşı yeni zərbə üçün müstəqil əməliyyat planları hazırlayır. Ölkə bununla yanaşı, ABŞ ilə hərbi və kəşfiyyat sahəsində sıx koordinasiyanı davam etdirir.

TodayPress TV xəbər verir ki, İsrailin planlarında əsas diqqət İranın nüvə proqramına və ölkənin qalan yüksək zənginləşdirilmiş uran ehtiyatlarına yönəlib. Tehran tərəfindən yeni eskalasiya baş verəcəyi təqdirdə həm hücum, həm də müdafiə ssenariləri nəzərdən keçirilir.

“Israel Hayom” yazır ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”ın sərhədyanı infrastrukturuna qarşı əməliyyatların başa çatmasına yaxınlaşır. İsrail hərbçilərinin qiymətləndirməsinə görə, “Sarı xətt”in cənubunda yerləşən mövqelərin 80-90 faizi məhv edilib.

İsrail strateji yüksəkliklərdə uzunmüddətli mövcudluğa hazırlaşır. Həmçinin “Hizbullah”la döyüşlərin yenidən başlaması və hücumlarda FPV dronlardan istifadə ehtimalı da nəzərdən keçirilir.

Qəzzada isə İsrail hərbi rəsmiləri uzunmüddətli perspektivdə HƏMAS-la yeni genişmiqyaslı döyüş raundundan yayınmağın mümkün olmayacağını düşünür.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər