Tramp administrasiyasının səsi indi “Fox News”da – Livittdən sürpriz qərar
Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livitt noyabrın 1-dən ştatlı şərhçi kimi "Fox News" telekanalına qoşulacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News Media" holdinqinin baş direktoru Süzanna Skott məlumat yayıb.
"Kerolaynın Ağ Evdə və prezident kampaniyası dövründəki iş təcrübəsi ona bugünkü siyasi mənzərəni xüsusi anlamaq imkanı verir. Biz onun özünəməxsus və kəskin baxışlarını "Fox News Media"nın bütün platformalarında auditoriyamızla bölüşəcəyini səbirsizliklə gözləyirik", - deyə Skott bildirib.
Livitt "Fox News"un müxtəlif proqramlarında şərhçi kimi çıxış edəcək.
Qeyd edək ki, o, 2025-ci ilin yanvarından 2026-cı ilin avqustunadək Ağ Evin mətbuat katibi vəzifəsini tutub və ABŞ tarixində bu vəzifəyə təyin olunan ən gənc əməkdaş olub. Livitt administrasiyadan gedişini mətbuat katibi vəzifəsinin öhdəliklərini iki azyaşlı uşağın tərbiyəsi ilə uzlaşdırmağın qeyri-mümkünlüyü ilə izah edib.
Xatırladaq ki, daha əvvəl “Fox News” telekanalının Vaşinqton bürosunun rəhbəri Brayan Bouton ABŞ Prezidenti Donald Trampın bir sıra iri telekanallara qadağa qoymasından sonra televiziya hovuzu çərçivəsində yayımlanması nəzərdə tutulan prezident tədbirlərinin işıqlandırılmayacağını bildirmişdi.
Aysel Mətləb