Politoloq: "İŞİD-in Türkiyə planları alt üst olacaq"

Politoloq: "İŞİD-in Türkiyə planları alt üst olacaq"
30.12.2025 17:32 Təhlil

Türkiyədə 21 əyalətdə antiterror əməliyyatı nəticəsində İŞİD-lə əlaqədə şübhəli 357 nəfər saxlanılıb; Yalovada toqquşmada altı yaraqlı öldürülüb, üç polis həlak olub, İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.  

Maraqlıdır, Türkiyədə aparılan antiterror əməliyyatı İŞİD-in fəaliyyətini nə dərəcədə zəiflədə  bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Türkiyənin İŞİD-ə qarşı əməliyyatları terroru mənbəyindən asılı olmayaraq zərərsizləşdirməyə yönəlib:


"Türkiyədə İŞİD terrorçularına qarşı aparılan əməliyyatlar, sadəcə olaraq Türkiyə ərazisində bu terror təşkilatının yuvalandığı məkanların zərərsizləşdirilməsinə yönəlib və bu da “terrorsuz Türkiyə” məqsədinə xidmət edən fəaliyyət kimi qiymətləndirilməlidir. Terrorun İŞİD və ya PKK kimi “tərəfi” olmur — terror terrordur, terrorçu isə terrorçudur. Bu, mahiyyət etibarilə insanlığa qarşı yönəlmiş fəaliyyətdir və buna qarşı mübarizə davamlı xarakter daşıyır".

Analitik qeyd edib ki, Əməliyyatlar İŞİD-i Türkiyədə zəiflətsə də,  onu qlobal miqyasda bitirmir:

"Türkiyədə bu əməliyyatların başlanması, son dövrlərdə Türkiyə əleyhinə formalaşan bir sıra geosiyasi layihələrin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Türkiyə bu təhlükələri zərərsizləşdirmək üçün zaman-zaman belə əməliyyatlar keçirməyə məcbur qalır. Bu proses bütövlükdə İŞİD-in fəaliyyətinə təsir edəcəkmi? Şübhəsiz ki, bu əməliyyatlar Türkiyə ərazisində İŞİD-in fəaliyyətini qismən zəiflədə və zərərsizləşdirə bilər. Lakin bu, geniş miqyasda İŞİD-in fəaliyyətinə son qoyacaq addımlar deyil. Çünki İŞİD qlobal səviyyədə idarə olunan, zaman-zaman maliyyələşdirilən və geosiyasi alət kimi istifadə edilən bir strukturdur. Bu gün də Türkiyəyə qarşı yönələn proseslər fonunda İŞİD-in yenidən aktivləşməsi cəhdləri bu kontekstlə bağlıdır".

Onun sözlərinə görə, terror qruplarının xaricdən dəstəkləndiyi iddia olunur:

"Siyasi gündəm məsələsinə gəldikdə isə, terrorla mübarizə artıq təxminən 40 ildir ki, Türkiyənin əsas gündəm mövzularından biridir. Bu prosesin arxasında qlobal güclər dayanır və onların arasında Türkiyənin NATO üzrə “dırnaqarası” müttəfiqləri də mövcuddur. Məhz bu dairələr terrorçu qruplar üçün həm maliyyə mənbəyi, həm də sığınacaq rolunu oynayırlar. Bu cür mərkəzlər Avropada, xüsusilə də Skandinaviya ölkələrində mövcuddur. PKK terrorunun maliyyələşdirilməsi və dəstəklənməsi Almaniya, Fransa və digər Avropa ölkələrində uzun illərdir davam edir və bu gün də qeyri-rəsmi, qeyri-qanuni formada həyata keçirilir".

Politoloq vurğulayıb ki, Azərbaycanın mövqeyi  Türkiyəyə siyasi dəstəyi göstərir:

"Hazırkı mərhələdə də Türkiyə əleyhinə yeni bir geosiyasi layihənin icra olunduğunu görürük. Bu kontekstdə İsrail, Yunanıstan və Kipr arasında son dövrlərdə formalaşan əməkdaşlığa diqqət yetirmək lazımdır. Eyni zamanda Türkiyənin təhlükəsizliyinə ciddi töhfə verdiyi Somali dövlətinin parçalanmış hissəsi olan Somalilandın İsrail tərəfindən tanınması cəhdləri də bu prosesin tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan dövləti Xarici İşlər Nazirliyi səviyyəsində Somalinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Azərbaycan uzun illər separatizmdən əziyyət çəkmiş bir ölkə kimi həm prinsipial mövqe ortaya qoydu, həm də dolayısı ilə qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi".

Onun fikrincə, terror mövzusu bir müddət gündəmdə qalacaq:


"Bu baxımdan demək olar ki, terrorla bağlı mövzular müəyyən müddət Türkiyə cəmiyyətinin diqqət mərkəzində qalacaq. Lakin Türkiyə cəmiyyəti üçün bu, yeni bir vəziyyət deyil. Cəmiyyət 40 ildən artıqdır ki, terrorla mübarizəyə hazırdır və bu proses onun ictimai şüurunda artıq formalaşıb. Xüsusilə PKK terrorunun bitirilməsinə və Suriyadakı mövcudluğunun sona yaxınlaşdığı bir mərhələdə digər terror ünsürlərinin Türkiyədə aktivləşdirilməsinə cəhd göstərilməsi diqqət çəkir. Bu, həm mesaj, həm də Türkiyəni daxili problemlərə fokuslamağa yönəlmiş siyasətin tərkib hissəsidir".

N.Miri sonda qeyd edib ki, Türkiyə terrorla mübarizədə güclü və hazırlıqlıdır, planlar iflasa uğrayacaq:

"Lakin düşünürəm ki, bu cəhdlər nəticəsiz qalacaq. Türkiyənin terrorla mübarizə təcrübəsi böyükdür və dövlət institusional baxımdan kifayət qədər güclüdür. Şəhidlər olsa da, Türkiyə bu növbəti sınaqdan da uğurla çıxacaq və geosiyasi müstəvidə ona qarşı birləşən qüvvələrin planları iflasa uğrayacaq".

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Bütün Xəbərlər