Küçələrdə yaşayan kişinin bank hesabından çıxan məbləğ hamını təəccübləndirdi

Küçələrdə yaşayan kişinin bank hesabından çıxan məbləğ hamını təəccübləndirdi
06.10.2026 05:20 Dünya

Çində 21 il ərzində təkrar emal üçün tullantı toplayaraq dolanan 71 yaşlı kişinin bank hesabında 63 min dollardan çox vəsait olduğu məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, kişi təxminən 30 il dövlət müəssisəsində çalışıb. 2000-ci illərin əvvəlində işdən çıxdıqdan sonra aldığı kompensasiyanı qısa müddətdə xərcləyib və borca düşüb. Daha sonra tullantı toplamaqla dolanıb.

2024-cü ilin qışında sosial xidmət əməkdaşları onu Çandə şəhərində tərk edilmiş binada aşkar ediblər. Sənədlərini təqdim etdikdən sonra məlum olub ki, Ju 2015-ci ildə pensiya yaşına çatıb və ayda təxminən 550 dollar pensiya almaq hüququ qazanıb.

On il ərzində götürülməyən pensiya ödənişləri hesabına 60 min dollardan çox vəsait toplanıb. Bank kartını alan kişi göz yaşlarını saxlaya bilməyib.

İndi Ju Çandə şəhərində mənzil kirayələmək və doğma Çjucjou şəhərinə getmək niyyətindədir. Məmurlar isə onu dələduzluq hallarına qarşı diqqətli olmağa və yığılan vəsaitdən ehtiyatla istifadə etməyə çağırıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər