Tramp hərəkətə keçdi: Dizel ucuzlaşa bilər
ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətinin aşağı salınmasına yönəlmiş sərəncam hazırlayır.
TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, plan yüksək yanacaq qiymətlərinin fermerlərə yaratdığı əlavə xərclər fonunda gündəmə gəlib.
Təklif olunan tədbirlər vergidən azad markalanmış dizel yanacağının istifadəsinə çıxışı genişləndirəcək. Həmçinin ştatların bəzi yanacaq vergilərindən müvəqqəti imtina etməsi təşviq ediləcək.
Bundan əlavə, federal səviyyədə dizel yanacağına tətbiq olunan vergilərin yenidən nəzərdən keçirilməsi planlaşdırılır.
Tramp daha əvvəl gündəmdə olan dizel yanacağının ixracına qadağa qoyulması ideyasından isə imtina edib.
Kübra Musayeva