İranda etirazlar: Rəsmi Bakı hadisələrə emosional reaksiya vermir
Təhlil
15.01.2026 13:01
"Rəsmi Bakı hadisələrə emosional reaksiya vermir, regional sabitlik və təhlükəsizlik ön plandadır".
TodayPress TV xəbər verir ki, bunu politoloq Turan Rzayev öz "Facebook" səhifəsindəki paylaşımda deyib.

Onun sözlərinə görə, İrandakı etirazlar Azərbaycanda da geniş müzakirə olunur:
"İrandakı etirazlar Azərbaycanda da geniş müzakirələrə səbəb olur. Sosial şəbəkələrdə əsas mövzular “Etirazların gedişi”, “Güney Azərbaycanın müstəqilliyi” və “Şimalla birləşmə”dir".
Analitik qeyd edib ki, Güney müstəqillik istəyir, Şimal isə bu məsələyə fərqli yanaşır:
"Güney Azərbaycanda müstəqillik arzusu daha emosional, amma institusional baxımdan zəifdir. Tarixi və siyasi fərqliliklər Şimal və Cənub arasında ayrı yollar yaratmışdır. Güneydə vahid siyasi xətt və liderlik yoxdur, insanlar fərqli riskləri qiymətləndirir.
Şimal üçün əsas sual “Güney nə etməlidir?” yox, “Şimal buna necə reaksiya verməlidir?”dir sualıdır. Cənubdakı azərbaycanlıların güclü mövqeyi strateji üstünlük hesab olunur".
"Güneyin müstəqilliyi avtomatik Şimalla birləşmə demək deyil. Real birləşmə uzunmüddətli dialoq, hüquqi və siyasi uyğunlaşma tələb edir; əks halda milli böhran qaçılmazdır", T.Rzayev əlavə edib.
Jalə Rövşən
tag: Turan Rzayev,Politoloq,İran,Etirazlar,Todaypress.tv,
