İmtahanda köçürmənin qarşısını almaq üçün şagirdləri tavandan izləyirlər - VİDEO

İmtahanda köçürmənin qarşısını almaq üçün şagirdləri tavandan izləyirlər - VİDEO
27.11.2026 17:47 Dünya

Çində imtahanlarda köçürmənin qarşısını almaq üçün qeyri-adi nəzarət üsulundan istifadə olunur.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda şagirdlərin şəffaf şüşə tavanın altında imtahan verdiyi, müəllimlərin isə onları yuxarı mərtəbədən müşahidə etdiyi görünür. 

Bu üsul müəllimlərə imtahan zamanı şagirdlərin hərəkətlərini yuxarıdan izləməyə və köçürmə hallarının qarşısını almağa imkan verir. Şəffaf tavan vasitəsilə nəzarət mexanizmi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Videonu izləyənlərin bir qismi bu üsulun gələcəkdə daha geniş tətbiq oluna biləcəyini düşünür.

Jalə Rövşən

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər