Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
27.11.2026 18:41 Dünya

Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, səfir Kalandia Xarici İşlər Nazirliyinə çağırılaraq, “Beşiktaş”ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən dəhşətli hadisələrlə bağlı etiraz bildirilib və müxtəlif sübutlar təqdim olunub.

Hadisələrin bütün təfərrüatları ilə araşdırılması, həmçinin Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxiləyə görə məsuliyyət daşıyan şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi tələb edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər