Dolmabahçedə qapalı görüş: Ərdoğan UNESCO rəhbərini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UNESCO-nun baş direktoru Xalid El-Enanini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən, Prezident Administrasiyasının Dolmabahçe Ofisində mətbuat üçün qapalı keçirilən qəbulda Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Aysel Mətləb