Elman Nəsirov: “Burada siyasi motiv axtarmağa ehtiyac yoxdur”
Təhlil
14.01.2026 17:30
“İran bu günlər ciddi siyasi kataklizmlər yaşayır və yaranışından 47 il sonra İran İslam Respublikasında hakimiyyət ciddi böhran içindədir. Hazırda ölkədə proseslər özünün ən mürəkkəb dövrünə daxil olub. Vəziyyəti gərginləşdirən əsas amillərdən biri də Birləşmiş Ştatlar və İsrailin etiraz edən insanları dəstəklədiyini bildirməsi və İran hakimiyyətinə təzyiq göstərmək üçün yaxın gələcəkdə sərt addımların atılacağını elan etməsidir”.
Milli Məclisin deputatı Elman Nəsirov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, ABŞ və İsrail vəziyyəti gərginləşdirir:
O xatırladıb ki, ABŞ hökuməti İrandakı vətəndaşlarına təhlükəsizlik məqsədilə Ermənistan və Türkiyə vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib. Bu vəziyyətlə bağlı Azərbaycanın adı isə çəkilməyib.
“Buna əsas səbəb Azərbaycanın İranla quru sərhədlərinin bağlı olmasıdır. Siyasi baxımdan heç bir problem yoxdur. Əksinə, hazırda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və strateji tərəfdaşlıq xartiyasının hazırlanması və yaxın zamanda imzalanması gözlənilir. Biz 8 avqust tarixində Vaşinqton razılaşmaları fonunda münasibətlərimizi bütün parametrlər üzrə yüksəltmişik. Burada heç bir siyasi motiv axtarmağa ehtiyac yoxdur”.
Jalə Rövşən
tag: Elman Nəsirov,Deputat,İran,Siyasi motiv,Todaypress.tv,
