Deputat: "Prezidentin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa işləri aparılır"

Təhlil

13.01.2026 17:38

"Bu gün cənab Prezidentin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir".

Bunu TodayPress TV-yə Milli Məclisin  deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Prezident Qarabağda işlərin yüksək səviyyədə görüldüyünü yerində izləyib:

"Qarabağın hər qarışında bu işlərin yüksək səviyyədə görüldüyünü demək olar:  Bu gün biz cənab Prezidentin növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdiyini və burada aparılan işlərlə yaxından tanış olduğunu müşahidə etdik".

Parlamentari vurğulayıb ki, Ağdərə də daxil olmaqla işğaldan azad olunmuş ərazilərdə bərpa işləri aparılır:

"Cənab Prezident bu əraziləri yenidən qurur, inkişaf etdirir. Ağdərə rayonunda görülən işlər də bu böyük quruculuq və abadlıq prosesinin bir tərkib hissəsidir. Bütün bunlar göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər bərpa olunur, burada yeni müəssisələr açılır, yeni binalar tikilir və ailələr doğma torpaqlarına qayıdır".

Deputat əlavə edib ki, bu işlər dövlətin qayğısını və Azərbaycanın inkişafını göstərir:

"Bu quruculuq və abadlıq işləri dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda bu işlər bir daha göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, gücünü və potensialını artırır".

Jalə Rövşən

TodayPress TV

tag: Ceyhun Məmmədov,Deputat,Prezident,Qarabağ,Todaypress.tv,