Zakir Fərəcov Nargis Wieck ilə görüşdü

Zakir Fərəcov Nargis Wieck ilə görüşdü
10.06.2025 16:23 Sosial

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Wieck ilə görüşüb. 

Bu barədə TodayPress TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) icraçı direktoru Nargis Wieck ilə görüş keçirib.

Görüş zamanı tərəflər Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı çərçivəsində Sumqayıtda həyata keçirilə biləcək birgə layihələr, investisiya imkanları və sənaye əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Zakir Fərəcov görüşdə Sumqayıtın sənaye potensialı, inkişaf strategiyası və xarici investorlar üçün yaradılmış əlverişli mühit barədə məlumat verərək bildirib ki, Sumqayıt Azərbaycanın əsas sənaye şəhərlərindən biri kimi mühüm inkişaf mərhələsi yaşayır.

Xarici investisiyaların təşviqi və beynəlxalq əməkdaşlıq istiqamətində AHK Azərbaycan kimi nüfuzlu təşkilatlarla əlaqələrin gücləndirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır. 

AHK Azərbaycan-ın icraçı direktoru Nargis Wieck isə Sumqayıt şəhərinin sənaye və biznes potensialını yüksək qiymətləndirərək qeyd edib ki, Alman şirkətləri Azərbaycanda, xüsusilə də Sumqayıt kimi sürətlə inkişaf edən şəhərlərdə əməkdaşlıq imkanları axtarırlar.

“Biz, AHK Azərbaycan olaraq, bu əlaqələrin qurulmasına dəstək göstərməyə və əməkdaşlığın dərinləşməsinə hazırıq,” – deyə o əlavə edib. 

Görüş çərçivəsində gələcək əməkdaşlığa dair bir sıra təkliflər irəli sürülüb və tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işçi səviyyəsində müzakirələrin davam etdirilməsi qərara alınıb. 

Qeyd edək ki, 2024-cü il dekabrın 2-dən etibarən Nargis Wieck AHK Azərbaycan-ın icraçı direktoru vəzifəsinə təyin olunub.

2012-ci ildən Alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərən AHK Azərbaycan hazırda 190-dan çox üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyası hesab olunur.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər