TƏBİB-in sistemi çökdü - elektron xidmətlər dayandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron bazasında və məlumat sistemində ciddi texniki nasazlıq yaranıb.
TodayPress TV xəbər verir ki, istifadəçilərin və vətəndaşların verdiyi məlumatlara görə, sistemin çökməsi nəticəsində hazırda elektron xidmətlərə və tibbi bazaya əlçatanlıq tamamilə məhdudlaşıb.
Sistemdə yaşanan texniki problem səbəbindən pasiyentlərin elektron tibbi kartlarına, qeydiyyat məlumatlarına və həkim qəbulu üçün növbə sisteminə giriş mümkün olmur. Məlumat bazasına çıxışın kəsilməsi xüsusilə dövlət tibb müəssisələrində xəstələrin qəbulu və sənədləşmə prosesində müəyyən sıxlıqların və axsamaların yaranmasına gətirib çıxarıb.
Türkan İsgəndərli