AFFA-dan sərt qərar: “Zəfər” liqadan qovuldu!

AFFA-dan sərt qərar: “Zəfər” liqadan qovuldu!
25.11.2026 17:34 İdman

AFFA İntizam Komitəsi “Zəfər” komandasının 2026/2027-ci illər mövsümündə U-14 Liqasından kənarlaşdırılması barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, buna səbəb komandanın çempionat çərçivəsində “Sabah”la keçirilməli olan oyuna çıxmaqdan imtina etməsidir. Nəticədə qarşılaşma baş tutmayıb.

Bu hal mövsüm ərzində üçüncü dəfə təkrarlandığı üçün İntizam Komitəsi “Zəfər”in liqadan kənarlaşdırılmasına qərar verib.

Qərara əsasən, komandanın cari mövsümdə keçirdiyi bütün oyunların nəticələri ləğv edilib.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər