SON DƏQİQƏ! "Veteran pulu" ilə bağlı MÜHÜM XƏBƏR - 500 manatdan...

Sosial

18.02.2026 18:16

"Veterana elə pul vermək lazımdır ki, özünü təhqir olunmuş hesab etməsin". 

Bunu Ağ Partiya sədri Tural Abbaslı TodayPress TV-yə müsahibəsində deyib. 

“Əgər veterana pulu onun yaşayışının yüngülləşdirilməsi üçün verirsənsə, ona uyğun hesablama aparmalısan. Bu, elə məbləğ olmalıdır ki, veteran özünü təhqir olunmuş hesab etməsin. Düşünün, bir insan ömür boyu oxuyur, təhsil alır, sonra gəlib deyirlər ki, biz sənə 300 manat verəcəyik. O pula ehtiyacı olsa da, özünə təhqir bildiyi üçün həmin işdə işləməz". 

Partiya sədri vurğulayıb ki, veterana elə məbləğdə pul vermək lazımdır ki, onun işinə yarasın:  

"80 manat nədir? Nə 100-dür, nə 50. Bundansa, veteranlara pul verməyi yığışdırsınlar, əvəzində onlara ictimai nəqliyyatdan ödənişsiz istifadə hüququ, kommunal xidmətlərdə 30-40% endirim versinlər. Övladları ödənişli əsaslarla oxuyursa, güzəşt tətbiq olunsun. Bu, daha realdır, nəinki 80 manat. Yada 500 manatdan başlayan ödənişlər edilə bilər. Cəmi 2 dəfə müharibə etmişik: birinci və ikinci Qarabağ müharibələri. Ölkədə gündə veteran çıxmır. Əksinə veteranlar azalır. Bu baxımdan, ya normal bir məbləğ tətbiq olunmalıdır, ya da güzəştlər".  

Jalə Rövşən

tag: Ağ Partiya,Tural Abbaslı,Pul,Veteran,Todaypress.tv,