Şah İsmayıl Xətainin heykəlindəki yazı araşdırılır – NAZİRLİKDƏN AÇIQLAMA

Şah İsmayıl Xətainin heykəlindəki yazı araşdırılır – NAZİRLİKDƏN AÇIQLAMA
29.09.2026 16:54 Sosial

Şah İsmayıl Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə  paytaxtın Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəlinin postamentindəki yazı ilə bağlı TodayPress TV-nin sorğusuna cavab olaraq  Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, 1993-cü ildə ucaldılan heykəl 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Qeyd olunub ki, dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan əlavə yazı, element və ya hər hansı müdaxilənin edilməsi yolverilməzdir.

Qurum heykəlin postamentindəki lövhədə yer alan “Nəvəm İsmayıl Atakuşevə həsr olunur – İbrahim Zeynalov” yazısının əlavə edilməsi məsələsinin hazırda araşdırıldığını açıqlayıb.

Bildirilib ki, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində nəzərdən keçiriləcək.

Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər