Rusiyalı diplomat Danimarkadan “qovuldu”
Danimarka Rusiyanın hərbi attaşesini “persona non grata” (arzuolunmaz şəxs) elan edib. Diplomat ölkəni yeddi gün ərzində tərk etməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Löke Rasmussen açıqlama verib.
Nazirin sözlərinə görə, hökumətin müvafiq qərarı Danimarka Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı Rusiyanın səfirinə təqdim olunub.
Kübra Musayeva