20 nəfər edam edildi, siyahı isə uzanır - Söhbət hansı ölkədən gedir?

20 nəfər edam edildi, siyahı isə uzanır - Söhbət hansı ölkədən gedir?
20.11.2026 22:52 Dünya

ABŞ-nin Florida ştatında ilin əvvəlindən bəri rekord sayda – 20 edam hökmü icra edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.

Bildirilib ki, sonuncu edam noyabrın 19-da Reyford həbsxanasında Tomas Mitçel Overton barəsində ölüm hökmünün icrası olub.

71 yaşlı Overton 1991-ci ilin avqustunda ər-arvadın qətlə yetirilməsi işi üzrə ən ağır cəzaya məhkum edilib. Qəzetin qeyd etdiyinə görə, 2001-ci ildən həbsdə olan Overton təqsirini etiraf etməkdən imtina edib.

“Associated Press” agentliyi məlumat yayıb ki, Florida hakimiyyəti ilin sonunadək daha iki ölüm hökmünü icra etməyi planlaşdırır. Bu il edamların sayına görə ikinci ştat Texas olub. Orada indiyədək doqquz edam həyata keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər