Putin ukraynalı hərbçiləri öz tərəfinə çağırdı

Putin ukraynalı hərbçiləri öz tərəfinə çağırdı
21.11.2026 00:49 Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini Rusiya tərəfinə keçməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Putin ukraynalı hərbçilərə əsir düşmək əvəzinə Rusiya tərəfinə keçməyi təklif edib.

“Ukrayna ordusunun hərbçilərinə gəlincə, mən artıq demişəm: təslim olun demək istəmirəm, çünki bu, bir qədər alçaldıcı səslənir. Onlar döyüşürlər və kifayət qədər ardıcıl mübarizə aparırlar. Mən onlara demək istəyirəm: bizim tərəfimizə keçin. Çünki bu, hamımızın ümumi tərəfidir. Tarixin doğru tərəfinə keçin”, – Putin bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər