Trampın Putinə dost deməyə “dili gəlmədi”
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu bildirib, lakin onu Amerikanın dostu adlandırmayıb.
TodayPress TV xəbər verir ki, Tramp Moskvayla İran arasındakı yaxın münasibətlər fonunda Putinin ABŞ-ın dostu hesab edilib-edilmədiyi ilə bağlı suala cavab verib.
O, bütün Amerika adından danışa bilməyəcəyini vurğulayaraq Putinlə şəxsi münasibətlərinin çox yaxşı olduğunu qeyd edib.
Kübra Musayeva