Aİ-nin "Sülh Fondu" yenidən işə düşdü - Kiyevə 1 milyard avroluq dəstək
Avropa İttifaqı (Aİ) 2024-cü ildən bəri ilk dəfə olaraq Avropa Sülh Fondundan Ukrayna üçün yeni müqavilələr əsasında silah tədarükünə 1 milyard avro vəsait ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
“Aİ Şurası pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə vasitələrinin və radarların birgə satın alınması üçün Avropa Sülh Fondundan Ukraynaya 1 milyard avro həcmində yeni hərbi yardım ayrılmasına imkan verən iki qərarı təsdiqləyib”, – deyə bəyanatda bildirilib.
Bu silahların 2027-ci ilin sonunadək döyüş zonasına çatdırılması nəzərdə tutulur.
Aysel Mətləb