Omanın sahillərində tanker vuruldu
Omanın sahillərində tankerə edilən hücumdan sonra gəmidə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Omanın Xəsəb şəhərindən 8 dəniz mili şimalda baş vermiş insident barədə məlumat alıb. Hörmüz boğazından çıxmaqda olan tanker gəminin sol bortunun burun hissəsinə yaxın ərazidən naməlum mərmi ilə vurulub. Təhlükəsizlik şirkətinin əməkdaşı gəmidə yanğın baş verdiyini bildirib”, – deyə Koordinasiya Mərkəzindən məlumat verilib.
Xəsarət alanlar barədə məlumat verilmir, həmçinin gəminin adı və qeydiyyat limanı açıqlanmır.
Aysel Mətləb