Tramp müharibəyə son qoymaq üçün vaxt qoydu - Ukrayna nə itirəcək?
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin yanvarın əvvəlinədək əldə olunmasına çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton danışıqlar prosesini ABŞ Konqresinə aralıq seçkilərdən sonra demokratların mövqelərini gücləndirə bilməsindən əvvəl başa çatdırmaq istəyir.
Ukrayna və Avropa rəsmiləri isə danışıqların bu qədər tələsik aparılmasının Kiyevə təzyiqlə nəticələnə biləcəyindən və Ukraynanın ərazi güzəştlərinə məcbur edilə biləcəyindən narahatdırlar.
Kübra Musayeva