Aİ-nin Rusiyaya ödədiyi məbləğ Ukraynaya yardımını üstələdi

Aİ-nin Rusiyaya ödədiyi məbləğ Ukraynaya yardımını üstələdi
21.11.2026 00:21 Dünya

Avropa İttifaqı 2022-ci ilin fevralından 2026-cı ilin oktyabr ayının ortalarınadək Ukraynaya təxminən 231,5 milyard avro yardım ayırıb. Eyni dövrdə Aİ ölkələri Rusiyaya enerji resurslarının, o cümlədən qazın alınması üçün 232,05 milyard avro ödəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “BILD” nəşri Avropa Komissiyasının Almaniyanın Azad Demokrat Partiyasından olan Avropa Parlamentinin deputatı Morits Körnerin sorğusuna verdiyi cavaba istinadən məlumat yayıb.

Beləliklə, Aİ ölkələrinin Rusiyaya enerji resursları üçün ödədiyi məbləğ Ukraynaya göstərilən ümumi yardımı təxminən 550 milyon avro üstələyib.

Nəşrin məlumatına görə, Almaniya Ukraynaya təxminən 75 milyard avro yardım göstərdiyi halda, Rusiyaya enerji resursları üçün 69 milyard avro ödəyib. Almaniyanın Rusiyaya ödənişlərinin böyük hissəsi 2022-ci ildə, ölkənin Rusiya enerji təchizatından ciddi şəkildə asılı olduğu dövrdə həyata keçirilib.

Fransada isə fərq daha böyük olub. Ölkə Rusiyaya qazın alınması üçün təxminən 40 milyard avro ödəyib, Ukraynaya yardımı isə 16 milyard avro təşkil edib.

“BILD” İtaliyada da oxşar vəziyyətin müşahidə olunduğunu yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər