Çində mərkəz tikən şirkətləri nə gözləyir? - Trampdan texnologiya nəhənglərinə XƏBƏRDARLIQ
Amerika şirkətləri digər ölkələrdə, xüsusilə Çində məlumat emalı mərkəzləri tikməyə başlayacaqları təqdirdə ABŞ hökumətinə böyük məbləğdə rüsumlar ödəyəcəklər.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Şirkətlərə digər dövlətlərdə məlumat emalı mərkəzləri tikməyə icazə verməyəcəyik. Əgər bunu etsələr, onlara böyük məbləğdə vergi tətbiq edəcəyik. Biz məlumat emalı mərkəzlərinin digər ölkələrə köçürülməsinə imkan verməyəcəyik. Əks halda, Çin onların hamısını qəbul edəcək”, – deyə dövlət başçısı Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Trampın sözlərinə görə, ABŞ bunu etməyə cəhd göstərən şirkətlərə qarşı böyük məbləğdə cərimə sanksiyaları tətbiq edəcək.
Aysel Mətləb