Bakıda yağış, rayonlara qar yağacaq- XƏBƏRDARLIQ

Bakıda yağış, rayonlara qar yağacaq- XƏBƏRDARLIQ
20.11.2026 16:36 Sosial

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Bu barədə TodayPress TV Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

TodayPress TV 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər