Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum
olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Keçirilmiş tədbirlərlə həmin şəxslərdən
ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar
edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.