Putin Avropanı Moskvaya çağırdı, Almaniyadan gözlənilməz cavab gəldi
Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılması ideyasını dəstəkləyib, lakin görüşün Moskvada keçirilməsinə qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, Pistorius bu barədə Varşavaya səfəri zamanı danışıb.
Nazirin sözlərinə görə, Avropa ölkələri Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Putinin danışıqlar təklifinə açıq olmalıdır. O bildirib ki, nəticə əldə etmək üçün dialoq vacibdir.
Pistorius Putinin ilk müsbət siqnallarını və Avropa nümayəndələrini danışıqlara dəvət etməsini alqışlamaq lazım olduğunu vurğulayıb. Bununla belə, o, Moskvanın danışıqlar üçün uyğun məkan olmadığını qeyd edərək görüşün Rusiya paytaxtında keçirilməsini istisna edib.
Kübra Musayeva