Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - VİDEO

Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - VİDEO
23.05.2026 16:30 Sosial

Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.

TodayPress TV Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.

Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.

Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər