ABŞ-yə məxsus daha bir PUA vuruldu

ABŞ-yə məxsus daha bir PUA vuruldu
05.11.2026 23:49 Dünya

İran ABŞ-yə məxsus daha bir pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQM-170 tipli kəşfiyyat PUA-sının Qeşm adası üzərində vurulduğunu bildirib.

Bildirilib ki, pilotsuz uçuş aparatı radioelektron mübarizə sistemlərinin köməyi ilə zərərsizləşdirilib. Bununla da İran tərəfi ABŞ-yə məxsus vurulan PUA-ların sayının beşə çatdığını iddia edib.

Qeyd edək ki, bu iddia hələlik İran tərəfinin açıqlamasına əsaslanır və ABŞ tərəfindən müstəqil təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər