Toy sevinci faciəyə çevrildi: İki qardaş gülləbaran edildi
Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yaşadığı Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, bir nəfər üç qardaşa atəş açıb. Nəticədə qardaşlardan ikisi hadisə yerində ölüb, digəri isə sağ qalıb.
Hadisənin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.
Qətlin səbəbi hələlik məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, şübhəli şəxs saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Kübra Musayeva