İranın qaz problemini Rusiya həll edəcək?

İranın qaz problemini Rusiya həll edəcək?
05.11.2026 23:30 Dünya

Rusiya ilə İran arasında qaz kəmərlərinin tikintisi məsələsi müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rzayi Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə müharibədən sonrakı vəziyyət və regionda təhlükəsizlik məsələləri də müzakirə olunub.

Rzayi qeyd edib ki, Putin İranın nüvə obyektlərinə endirilən zərbələri pisləyib və müharibənin dayandırılması üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

O əlavə edib ki, Rusiya qazının İrana nəqlini nəzərdə tutan boru kəmərlərinin tikintisi məsələsi də gündəmdə olub. Təşəbbüsün əsas məqsədləri İranda qaz çatışmazlığının aradan qaldırılması və Rusiya qazının qonşu ölkələrə satılmasıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər