Türkiyə parlamenti Məkkə sazişini təsdiqləyir

Türkiyə parlamenti Məkkə sazişini təsdiqləyir
06.11.2026 01:10 Dünya

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Məkkə Birgə Müdafiə Sazişinin ratifikasiyasına dair qanun layihəsinin birinci maddəsi qəbul edilib.

TodayPress TV xəbər verir ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan saziş üç ölkənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, saziş 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Sənədə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndiriləcək.

Parlamentdə qanun layihəsinin müzakirəsi davam edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər