Bombalar yağarkən gizli danışıqlar: ABŞ və İran nəyi müzakirə edir?

Bombalar yağarkən gizli danışıqlar: ABŞ və İran nəyi müzakirə edir?
06.11.2026 00:48 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası iki ölkə arasında müharibə davam etdiyi vaxt İrandan olan miqrantların ölkələrinə deportasiyasını təşkil etmək üçün Tehranla gizli danışıqlar aparıb.

TodayPress TV xəbər verir ki, Associated Press (AP) agentliyinin məlumatına görə, amerikalı rəsmilər deportasiya üçün zəruri sənədlərin hazırlanması və İran vətəndaşlarının, o cümlədən üçüncü ölkə üzərindən geri qaytarılması marşrutlarının müəyyənləşdirilməsi məsələsində İran hakimiyyəti ilə əlaqələndirmə aparıblar.

Oktyabrın 15-də keçirilən məhkəmə iclasında hakim Ana Reyes deportasiya edilən şəxslərin ölkələrinə qayıtdıqdan sonra ciddi və yaxın ölüm təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi hökumətin yalnız qanuni deportasiya qərarlarını icra etdiyini bildirib.

Məlumata əsasən, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarınadək üç aviareyslə 100-dən çox İran vətəndaşı ölkəsinə qaytarılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər