Pakistanda faciəvi qəza: Çox sayda ölən və yaralanan var

Pakistanda faciəvi qəza: Çox sayda ölən və yaralanan var
05.11.2026 23:21 Dünya

Pakistanın şərqində, Pəncab əyalətinin Pakpattan şəhəri yaxınlığında sərnişin avtobusu ilə yük maşını toqquşub.

TodayPress TV xəbər verir ki, bu barədə “Dawn” qəzeti xilasedicilərə istinadən məlumat yayıb.

Qəza nəticəsində azı 11 nəfər ölüb, daha 33 nəfər yaralanıb.

Qeyd olunur ki, xəsarət alanlardan 25-i yerli xəstəxanaya çatdırılıb, daha 8 nəfərin isə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Xilasetmə əməliyyatı təxminən üç saat davam edib. Sərnişinləri dağıntılar altından çıxarmaq üçün kranlardan və digər ağır texnikadan istifadə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər