ABŞ paytaxtında hərbi texnika səfərbər edilir: Milli Qvardiya hərəkətə keçir

ABŞ paytaxtında hərbi texnika səfərbər edilir: Milli Qvardiya hərəkətə keçir
05.11.2026 22:40 Dünya

ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonda Milli Qvardiyanın səlahiyyətlərini genişləndirib.

TodayPress TV xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yeni qərara əsasən, Milli Qvardiya hərbçilərinə hüquq-mühafizə orqanlarına dəstək məqsədilə katerlərdən, zirehli Humvee avtomobillərindən, polis nişanları ilə təchiz edilmiş avtomobillərdən və yüngül taktiki nəqliyyat vasitələrindən istifadə etməyə icazə verilib.

İlin sonunadək davam edəcək genişləndirilmiş hərbi yerləşdirmə ABŞ Prezidenti Donald Trampın paytaxtda cinayətkarlıqla mübarizə kampaniyasının tərkib hissəsidir.

Milli Qvardiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar zamanı polisə hərbi texnika ilə dəstək verəcək. Bununla belə, hərbçilərə şübhəliləri müstəqil şəkildə təqib etmək və həbs etmək səlahiyyəti verilməyib.

Bundan başqa, Milli Qvardiyanın katerləri Vaşinqtonun cənub-şərqində yerləşən Anakostiya ərazisində cinayətkar qruplaşmaların və narkotik alverçilərinin ehtimal olunan liderlərinə qarşı əməliyyatlar zamanı ərazinin mühafizəsini təmin edəcək.

Sənəddə katerlərin ABŞ vətəndaşlarını izləmək üçün istifadə edilməyəcəyi də xüsusi vurğulanıb. Hər bir katerdə federal hüquq-mühafizə orqanlarının əməkdaşları da olacaq. Onlar şübhəlilərin, o cümlədən çay vasitəsilə qaçmağa cəhd edən şəxslərin saxlanılmasını həyata keçirəcəklər.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər