Azərbaycanın Meksikadakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında elan yayılıb.
"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - deyə məlumatda bildirilib