Bəzi yerlərdə yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağır, külək əsir  - FAKTİKİ HAVA
29.05.2026 16:30 Sosial

Mayın 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə TodayPress TV -yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər