Bakıya şiddətli dolu düşməsinin səbəbi bu imiş – AÇIQLANDI

Bakıya şiddətli dolu düşməsinin səbəbi bu imiş – AÇIQLANDI
26.05.2026 21:40 Sosial

“83 yaşım var, ilk dəfədir, belə dolu görürəm”.

TodayPress TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a ekoloq alim Telman Zeynalov Bakıya şiddətli dolu düşməsi ilə bağlı danışarkən deyib.

O sözügedən halın normal olmadığını qeyd edib:

“Belə hava yalnız Azərbaycanda deyil, az qala, bütün Rusiyada da müşahidə edilir. İqlim dəyişir, külək isə şimal tərəfdən əsir. Ona görə də Azərbaycan, Rusiya və digər ölkələrə bu dərəcədə iri dolu düşür. Fikir verdinizsə, dənələr çox iri idi”.

Ekoloq tezliklə havaların isinəcəyini qeyd edib:

“May ayında ilk dəfədir, belə hava görürəm. Daha əvvəl də dolu düşüb, amma beləsi olmamışdı”.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər