Bakının 5 rayonun suyu KƏSİLƏCƏK
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı
Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də
Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
TodayPress TV bu barədə Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su
Təchizatı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi
bərpa olunacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.