Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12.11.2026 16:42 Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər