Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO

Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO
12.11.2026 15:30 Sosial

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən TodayPress TV bildirib ki, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.

Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.


TodayPress TV

FOTOLAR

Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO — 1
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO — 2
XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər